REGİONLAR
“Dalğalansın bayrağım” adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Naxçıvan, 18 noyabr, AZƏRTAC
Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində naxcivanxeberleri.com saytı tərəfindən təşkil olunan “Dalğalansın bayrağım” adlı yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimində çıxış edən saytın redaktoru Elvin Budaqov tədbir iştirakçılarının salamlayaraq, müsabiqəyə mindən çox yazının təqdim olunduğunu, müəlliflərin əksəriyyətinin gənclər təşkil etdiyini, münsiflər heyəti tərəfindən bu yazılardan ən yaxşılarının altısına yer verildiyini, digərlərinin isə həvəsləndirici yerlərə layiq görüldüyünü diqqətə çatdırıb.
Tədbirdə çıxış edən saytın təsisçisi Mehman Şabanov bu cür müsabiqələrin keçirilməsinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, gənc yazarların istedadlarının üzə çıxarılmasına xidmət etdiyini bildirib.
Sonra mükafatlandırma mərasimi olub. Müsabiqədə ilk altı yeri tutan iştirakçılara pul mükafatı, həvəsləndirici yerlərə layiq görülənlərə isə diplomlar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]