DÜNYA


Dalya Qribauskayte: Litva bütün hücumlara hazır olmalıdır

Bakı, 20 iyun, AZƏRTAC

Rəsmi Vilnüs bütün hücumlara hazır olmalıdır, çünki əks təqdirdə, təhlükə böyük olacaq.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu fikri Litva Prezidenti Dalya Qribauskayte Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində deyib.

Prezident qeyd edib ki, Litva müdafiə olunmaq istədiyini və müdafiə oluna biləcəyini göstərsə, onda heç kəs ona hücum etməyəcək. Litva dövlətinin başçısı bildirib ki, Rusiya Baltikyanı ölkələrə hücum edə bilər. Baltikyanı ölkələr və Polşa ilə sərhədlərdə Rusiyanın gücü NATO-nun gücünü 10 dəfə üstələyir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Moskvanın Polşa və Baltikyanı ölkələrə hücumu barədə fikirləri qəbul etməyib. O, “Euronews” telekanalına müsahibəsində deyib ki, bu fikirlər NATO-nun Rusiya sərhədlərinə əlavə hərbi kontingentlər yerləşdirməsinə bəraət qazandırmaq cəhdidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.