CƏMİYYƏT


Damar xəstəliyi olan gənc qıza böyrək köçürülüb

Bakı, 20 fevral, AZƏRTAC

Damar problemi olan 28 yaşlı qız üzərində böyrəkköçürmə əməliyyatı aparılıb. Əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzində cərrah-uroloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərlik etdiyi həkimlər briqadası yerinə yetirib.

AZƏRTAC xəbər verir ki, cərrah-uroloq əməliyyatın mürəkkəbliyi barədə danışıb. O bildirib ki, cərrahi baxımdan əməliyyat xəstənin bütün damarlarında ümumi dəyişikliklər səbəbindən çox riskli idi. Tromboz ehtimalı böyük idi, ancaq bütün lazımi tədbirləri gördük və transplantasiya uğurla icra edildi”.

Cərrahın verdiyi məlumata görə, hazırda köçürülmüş böyrəyin fəaliyyəti əladır. Özünü normal hiss edən pasiyent və donor evə yazılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.