MƏDƏNİYYƏT


“DanceAbility” inklüziv metodu ilə rəqs edən qrupun məşqləri gedir

Bakı, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 27-dən 30-dək Azərbaycanda keçiriləcək Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində “DanceAbility” inklüziv metodu ilə rəqs edəcək qrupun məşqləri davam edir.

AZƏRTAC xəbər verir ki, Daş salnamə muzeyində keçirilən məşqlər sentyabrın 25-dək davam edəcək və iştirakçıların birgə yekun perfomansı ilə başa çatacaq. Tam fərqli dünyaya qatılmaq və özünü kəşf etmək istəyənlər avqustun 31-dək qeydiyyatdan keçərək bu təlimlərə qoşulublar.

İnklüziv metodu ilə rəqs edəcək “DanceAbility” qrupunun çıxışı sentyabrın 29-da Dənizkənarı Milli Parkda olacaq. “DanceAbility Azərbaycan” təşkilatının üçhəftəlik təlimləri nəticəsində ərsəyə gələcək bu çıxış zamanı həm sağlam, həm fiziki imkanları məhdud şəxslər bir araya gələrək rəqs və hərəkətlə özlərini ifadə etmək sevincini paylaşacaqlar. Rəqsdə yaş məhdudiyyəti yoxdur. Rəqslər Bakı bulvarına Nəsiminin insanda ali və kamil bir məxluq görmək fəlsəfəsinin ruhunu gətirəcək.

Xatırladaq ki, sentyabrın 27-dən 30-dək Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək. Şərqin dahi şair və mütəfəkkirlərindən biri olan İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr edilən, şeir və incəsənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.