İDMAN


Dani Alves Roberto Karlosu geridə qoyub

Dani Alves Roberto Karlosu geridə qoyub

Bakı, 6 dekabr, AZƏRTAC

Dani Alves Braziliya millisinin heyətində ən çox oyun keçirən futbolçuların siyahısında ikinci pilləyə yüksəlib.

AZƏRTAC xəbər verir ki, 39 yaşlı müdafiəçi Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsində Koreya Respublikası ilə matçda 126-cı dəfə Braziliya millisinin formasını geyinib.

Braziliya seçməsinin 4:1 hesabı ilə qalib gəldiyi görüşün 63-cü dəqiqəsində komanda yoldaşı Eder Militaonu əvəzləyən Alves keçmiş sol cinah müdafiəçisi Roberto Karlosu geridə qoyub. O, indi yalnız rekordçu Kafudan geri qalır. “Milan”ın əfsanəvi oyunçusunun aktivində 142 matç var.

Dani Alves, həmçinin Braziliya millisinin tarixində mundialda meydana çıxan ən yaşlı futbolçudur.

Braziliya millisi mundialın dörddəbir final mərhələsində dekabrın 9-da Xorvatiya ilə üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.