İDMAN


Daniel Rikkardo Mixail Şumaxeri Formula 1 tarixinin ən sürətli pilotu hesab etmir

Bakı, 18 may, AZƏRTAC

“Reno”nun pilotu Daniel Rikkardo Mixail Şumaxeri Formula 1 tarixinin ən sürətli pilotu hesab etmir. Növbəti mövsüm “Maklaren”in heyətində çıxış edəcək avstraliyalı pilot çempionat tarixində iz qoyan idmançıların xüsusiyyətləri haqda maraqlı fikirlər söyləyib.

AZƏRTAC xəbər verir ki, pilot deyib: “Mixail Şumaxerin Formula 1 tarixində ən sürətli pilot olduğunu düşünmürəm. Alen Prosta gəlincə, o sadəcə ağıllı sürücü olub və məhz bunun sayəsində uğur qazanıb. Ayrton Senna isə nəyin bahasına olursa-olsun, qalib gəlməyi sevirdi. Mən xüsusi olaraq Mario Andrettinin də adını çəkərdim. O, öz bacarığı sayəsində müxtəlif yarışlarda fərqlənə bilirdi. Məsələn, o “İndyCar”ı məhz bacarığı sayəsində Formula 1-ə dəyişib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.