İDMAN
Daniel Rikkardo: Şinlərdəki problem ucbatından Bakıda özümü əlacsız hiss edirdim
Bakı, 21 iyun, AZƏRTAC
AZƏRTAC “www.championat.com” saytına istinadla xəbər verir ki, “Red Bull” pilotu Daniel Rikkardo Avropa Qran prisi yürüşlərində komandasının şinlər ucbatından qarşılaşdığı problemləri şərh edib.
O deyib: “Bu maraqlıdır. Bəzi yürüşlərdə şinlər yaxşı işləyir və bütün məsafə boyu hücum edə bilərsiniz. Hər şey asan görünür və hamı deyir ki, şinlərlə yaxşı işləyirsiniz. Lakin bəzən Bakıdakı kimi elə günlər olur ki, özünüzü əlacsız hiss edirsiniz. Maxla Ferstappenlə qısa söhbətim olub, o da həmin problemdən əziyyət çəkib.
Məncə, bunun niyə baş verdiyini öyrənməliyik. Xoşbəxtlikdən əla komandamız və bu problemlə məşğul üçün imkanlarımız var. Cavabı tapsaq, bu, irəliyə doğru bir addım olacaq. Problemlər yalnız arxa şinlərdə idi. Şinlər qızırdı və yerində fırlanırdı. Bu, bir qədər gözlənilməz oldu”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]