DÜNYA


Danimarka Almaniya ilə sərhədini qismən bağlayıb

Stokholm, 21 fevral, AZƏRTAC

Danimarka Almaniya ilə sərhədini qismən bağlayıb.

AZƏRTAC xəbər verir ki, Danimarka hökuməti sərhədin bağlanması barədə qərarı Almaniyanın bəzi sərhəd bölgələrində koronavirus pandemiyası ilə əlaqədar vəziyyətin pisləşməsi səbəbindən təcili olaraq qəbul edib.

Bu, təxminən 13 sərhəd keçidinin müvəqqəti tədbir olaraq tamamilə bağlanacağı, digər 9-da isə daha sərt məhdudlaşdırma və yoxlamaların tətbiq ediləcəyi deməkdir.

Cümə axşamı tətbiq edilən qərar sərhəd yaxınlığında yerləşən Almaniyanın Flensburq şəhərində koronavirus mutasiyasının yayılmasından sonra qəbul olunub.

“Bu səbəbdən indi biz əhəmiyyətli dərəcədə daha sərt sərhəd yoxlamaları tətbiq edirik və Danimarka-Almaniya sərhədindəki bir sıra daha kiçik sərhəd keçidlərini bağlayırıq", - deyə Danimarkanın ədliyyə naziri Nik Xekkerup nazirliyin saytında bildirib.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.