SİYASƏT


Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri vəfat etmişdir

Bakı, 4 oktyabr (AZƏRTAC). Danimarkadakı Azərbaycan diasporunun fəal üzvü, Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Elxan Hüseynov vəfat etmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, E.Hüseynov Azərbaycan həqiqətlərinin Danimarka ictimaiyyətinə çatdırılmasında, Danimarkada Azərbaycan diasporunun fəaliyyətinin təkmilləşdirilməsində böyük iradə və əzmkarlıq nümayiş etdirmişdir. Onun Danimarkada Azərbaycanın dostlarının sayının artmasında böyük xidmətləri olmuşdur.

E.Hüseynov Qarabağın azadlığı uğrunda hərbi əməliyyatlarda fəal iştirak etmişdir. Tərtərin müdafiəsində onun böyük xidmətləri vardır. O, həmin rayonda erməni hərbi birləşmələrinə ağır zərbə vuran əsas komandirlərdən biri olmuşdur.

E.Hüseynov Danimarka Azərbaycan Dostluq Cəmiyyətini təsis edərək Azərbaycanın haqq işi uğrunda mübarizəsini davam etdirmişdir. Onun fəaliyyəti sayəsində Danimarka ictimaiyyətinin Azərbaycan haqqında, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, ermənilərin dinc azərbaycanlılara qarşı Xocalı soyqırımı haqqında məlumatları artmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.