DÜNYA


Danimarka Kraliçası II Marqrete nəvələrini Kral titullarından məhrum etdiyinə görə üzr istəyib

Stokholm, 5 oktyabr, AZƏRTAC

Danimarka Kraliçası II Marqrete özünün dörd nəvəsini bir sıra Kral titullarından məhrum edəndən cəmi dörd gün sonra üzr istəyib.

AZƏRTAC Danimarka kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, Kraliça sentyabrın axırlarında kiçik oğlu şahzadə İoahimin övladlarının bundan sonra özlərini şahzadə və ya şahzadə xanım adlandırmalarına icazə verilməyəcəyini elan edib. Beləliklə, Kraliça həmin nəvələrini Kral titulundan məhrum edib.

Danimarka Kralının sarayında bildirilib ki, Kraliçanın bu qərarı son illərdə Avropada digər Kral evləri tərəfindən atılmış addımlara uyğundur: Kraliça istəyir ki, onun şahzadə İoahimdən olan dörd nəvəsi onların formal baxımdan bir müəssisə kimi Danimarka Kralı evinə mənsub olmasından irəli gələn xüsusi mülahizə və vəzifələrlə məhdudlaşmadan “öz həyatlarını daha yüksək dərəcədə formalaşdırmaq imkanına malik olsunlar”.

II Marqretenin bu addımı hazırda Parisdə yaşayan şahzadə İoahimun ailəsində ikitirəliyə səbəb olub. Şahzadə İoahim jurnalistlərə müsahibəsində bu hadisə ilə əlaqədar məyus olduğunu bildirərək qeyd edib ki, Danimarka Kral sarayının bu qərarı barədə ona məlumat verilməyib.

Qeyd edək ki, Danimarka Kraliçasının üzrxahlığı artıq qəbul edilmiş qərarı ləğv etmir və gələn il yanvarın 1-dən etibarən İoahamin uşaqları Nikolay, Feliks, Xenrik və Afina yalnız özlərinin digər titulundan - Monpez qrafı və ya Monpez qrafiniyası titulundan istifadə edə biləcəklər.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.