DÜNYA


Danimarka Peyvənd İnstitutu: koronavirusla bağlı xəstəxanaya yerləşdirilənlərin azalması vaksinin “buster” dozasının istifadəsinin nəticəsidir

Danimarka Peyvənd İnstitutu: koronavirusla bağlı xəstəxanaya yerləşdirilənlərin azalması vaksinin “buster” dozasının istifadəsinin nəticəsidir

Stokholm, 26 noyabr, AZƏRTAC

Danimarka Dövlət Peyvənd İnstitutunun yeni hesabatına əsasən, krallıqda koronavirusla bağlı xəstəxanaya yerləşdirilənlərin sayının azalması vaksinin gücləndirici - dördüncü dozasının istifadəsinin nəticəsində müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, institutun təqdim etdiyi peyvəndin effektivliyi ilə bağlı təhlillər göstərir ki, 2022-ci il sentyabrın 15-dən etibarən dördüncü dozanı qəbul edən insanlar COVID-19-a görə xəstəxanaya yerləşdirilməkdən effektiv şəkildə qorunur. Belə ki, statistik məlumatlara əsasən, dördüncü peyvənd dozasını qəbul edən insanlar, yalnız üç doza qəbul edənlərdən virus qarşısında təxminən 75 faiz daha yaxşı qorunur.

Peyvənd İnstitutunun məlumatına görə, krallığın 50 yaşdan yuxarı əhalisinin təxminən 72 faizi peyvəndin dördüncü dozasını artıq qəbul edib.

İnstitutun mütəxəssisləri qeyd edirlər ki, keçən həftə Danimarkada COVID-19 infeksiyasında təsdiqlənmiş hallar sayında azalma müşahidə olunub, eyni tendensiya virusla xəstəxanaya yeni yerləşdirmə sayında da özünü göstərib. Bununla yanaşı, çirkab su nümunələrində COVID-19 konsentrasiyası əvvəlki həftələrlə müqayisədə sabitləşib. Bütün bunlar virusla mübarizədə vaksinlərin effektivliyini bir daha sübut edir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.