İDMAN


Danimarka Qılıncoynatma Federasiyası rusiyalı idmançılara görə Kopenhagendəki turniri ləğv edib

Danimarka Qılıncoynatma Federasiyası rusiyalı idmançılara görə Kopenhagendəki turniri ləğv edib

Bakı, 30 mart, AZƏRTAC

Danimarka Qılıncoynatma Federasiyası (DFF) Kopenhagendə keçirilməsi nəzərdə tutulan beynəlxalq turniri ləğv edib.

AZƏRTAC DFF-yə istinadla xəbər verir ki, yarışın ləğv edilməsinə Rusiya və Belarus qılıncoynadanlarının Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) tərəfindən beynəlxalq yarışlara buraxılması səbəb olub.

DFF-nin sədri Yan Silvest Jensen deyib: “Biz bu qənaətdəyik, təəssüf ki, turniri keçirə bilmərik. Rusiya və Belarus idmançılarının iştirakına icazə verildiyi indiki şəraitdə bu, mümkün deyil”.

Xatırladaq ki, rusiyalı qılıncoynadanların beynəlxalq turnirlərdə iştirakına icazə verilməsi barədə qərarın aprelin ikinci yarısında qüvvəyə minəcəyi gözlənilir. Bu, Rusiya və Belarus qılıncoynadanlarına 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının təsnifat mərhələsində iştirak etməyə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.