DÜNYA


Danimarka “Şimal axını”nda tapılan obyektin partlayıcı olmadığını bildirib

Danimarka “Şimal axını”nda tapılan obyektin partlayıcı olmadığını bildirib

Bakı, 25 mart, AZƏRTAC

Rusiya Danimarkadan cavab alıb ki, “Şimal axını” boru kəmərinin yanında tapılan obyekt partlayıcı deyil.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

Rusiya Prezidenti hesab edir ki, artıq rusiyalı mütəxəssislərin “Şimal axını”nda aşkar edilmiş əşyanın ekspertizasında iştirakının mənası yoxdur, çünki Danimarkaya görə, həmin əşya partlayıcı deyil. “Bizim üçün, açığını desəm, məqsəd kimisə nəyəsə görə mühakimə etmək deyil, təhlükəsizliyi təmin etmək idi ki, başqa partlayışlar olmasın”, - deyə Putin əlavə edib.

Qeyd edək ki, “Şimal axını” boru kəmərində əvvəlki terror aktının baş verdiyi yerdən 30 kilometr aralıda naməlum obyekt tapılmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.