DÜNYA


Danimarka bankı Estoniyadan gedir

Tallinn, 20 fevral, AZƏRTAC 

Estoniyanın maliyyə müfəttişliyi bu ölkədə fəaliyyət göstərən və ciddi portfelə malik Danimarkanın “Danske bank”ını bağlamaq barədə göstəriş verib.

AZƏRTAC xəbər verir ki, ölkədəki işlərini yekunlaşdırması üçün bank rəhbərliyinə 8 ay vaxt verilib. Oktyabrın 19-da artıq bank Estoniyada olmayacaq. Bankın bağlanmasına səbəb maliyyə qalmaqalıdır. Estoniya maliyyə müfəttişliyi bankı çirkli pulların yuyulmasında ittiham edib. Bildirilib ki, 2007-2015-ci illərdə bank vasitəsilə 200 milyard avrodan çox izahsız vəsait keçib. Artıq bank rəhbərliyi də Baltik ölkələri və Rusiyadan gedəcəyi barədə qərarın qəbul olunduğunu açıqlayıb.

Hazırda bankın Estoniyada 27 mindən çox müştərisi var.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.