DÜNYA


Danimarka bələdiyyəsi dördgünlük iş həftəsi tətbiq edir

Stokholm, 17 sentyabr, AZƏRTAC

Danimarka bələdiyyəsi dördgünlük iş həftəsi tətbiq edir.

AZƏRTAC Danimarka KİV-lərinə istinadla xəbər verir ki, Odsherred bələdiyyəsi Danimarkada dördsaatlıq iş həftəsinin tətbiq edildiyi ilk yerli icra orqanı olacaq.

Bələdiyyənin personalla iş şöbəsinin rəhbəri Kirsten Lund Markvardsen jurnalistlərə müsahibəsində bəyan edib ki, bu həftənin cümə günündən başlayaraq həmin regionun bələdiyyəsinin əməkdaşları cümə günləri işə çıxmaya bilərlər.

Odsherred bələdiyyəsinin tətbiq etdiyi digər dəyişiklik yerli sakinlərə iş günlərində bələdiyyə ilə ənənəvi iş saatları hüdudları xaricində də əlaqə saxlamağa imkan verəcək.

“İctimaiyyət nümayəndələri iş günlərində daha tez və gec zəng vurmaq imkanı əldə edəcəklər. Çünki biz cümə günü bağlı olacağıq.

Bu, əməkdaşlarımıza əlavə istirahət günü təqdim etməklə, bələdiyyə xidmətlərinin keyfiyyətini yaxşılaşdırmağa bizə imkan verməlidir”, - deyə Lund Markvardsen bildirib.

Uzadılmış dörd iş günü personal üçün 35 saatlıq iş həftəsini təşkil edir. Danimarkada tipik iş həftəsinin təxminən 37,5 saat təşkil etməsini nəzərə alsaq, bu, o qədər də çox deyil.

Yeni sistem personalın iş qrafikinin fərdi olmasını, lakin həftədə azı bir uzun iş gününü nəzərdə tutur. İş saatları səhər 7-dən axşam 7-dək olacaq.

Danimarka KİV-ləri qeyd edirlər ki, bələdiyyədə çalışan dövlət qulluqçuları bu qərarı böyük ruh yüksəkliyi ilə qarşılayıblar.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.