DÜNYA


Danimarka birdəfəlik plastik paketlərdən imtina edir

Stokholm, 5 dekabr, AZƏRTAC

Danimarka hökumətinin təsdiq etmək istədiyi yeni plana görə, nazik, şəffaf və birdəfəlik plastik paketlərin istifadəsi tam qadağan ediləcək.

AZƏRTAC Danimarka KİV-lərinə istinadla xəbər verir ki, bu məsələ plana müvafiq olaraq səylə tənzimlənəcək, paketlərin pulsuz paylanması tamamilə qadağan ediləcək. Plan baxılması üçün tezliklə ölkə parlamentinə təqdim ediləcək.

Danimarka bir ay əvvəl elan edib ki, Avropa İttifaqının birdəfəlik plastik boşqabların, qaşıq-çəngəl dəstlərinin, müxtəlif çubuqların, o cümlədən qulaq çubuqlarının və s. oxşar məmulatın qadağan edilməsinə yönəlmiş yeni təklifini dəstəkləyir.

Qeyd edək ki, atılmış paketlər ətraf mühitdə uzun müddət qalır və çürümür. Hər il dünyada 4 trilyon paket istifadə olunur. Ekoloqların sözlərinə görə, polietilen paketlərin dünya dövriyyəsi ciddi problemlər yaradır. Hesablamalara görə, polietilenin təbii mühitdə çürüməsinə yüz il vaxt lazımdır.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.