DÜNYA


Danimarka bütün koronavirus məhdudiyyətlərini ləğv edib

Bakı, 10 sentyabr, AZƏRTAC

Danimarkada pandemiya ilə bağlı tətbiq olunan bütün məhdudiyyətlər sentyabrın 10-na keçən gecə ləğv edilib.

AZƏRTAC Danimarka KİV-lərinə istinadla xəbər verir ki, bu gündən etibarən gecə klublarına gələn müştərilərdən COVID-pasport tələb olunmayacaq. Həmçinin ictimai yerlərdə maska taxmaq məcburiyyəti, yaxud kütləvi tədbirlərdə və yığıncaqlarda iştirakçıların sayına qoyulan maksimim 500 nəfərlik məhdudiyyət aradan qalxır.

Bununla yanaşı, ölkəyə girişdə bəzi məhdudiyyətlər qüvvədə qalır, həmçinin infeksiyanın yayılacağı təqdirdə məktəblər bağlana bilər.

Danimarka dünyada koronavirusa qarşı ən yüksək vaksinasiya göstəricilərindən birinə malikdir: 12 yaşdan başlayaraq bütün danimarkalıların 73 faizi tam peyvəndlənib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.