DÜNYA


Danimarka əvvəlki həyata təhlükəsiz qayıtmağın yollarını axtarır

Stokholm, 24 fevral, AZƏRTAC

Danimarka əvvəlki həyata təhlükəsiz qayıtmağın yollarını axtarır.

AZƏRTAC xəbər verir ki, bu ölkənin hökuməti koronavirusun yeni mutasiyalarının yayılması ilə əlaqədar tətbiq olunan milli izolyasiya tədbirlərindən tədricən imtina etmək niyyətindədir.

Məhdudiyyətlərin ləğvinə dair tam fəaliyyət planı çərşənbə günü acıqlanacaq.

Danimarka Baş naziri xanım Mette Frederiksen özünün “Facebook” səhifəsində vurğulayıb ki, infeksiyaların sayının azalması fonunda ekspertlər yekdilliklə hesab edirlər ki, hazırkı şəraitdə sürətli və tam “açıq cəmiyyət” yaratmaq mümkün deyil. Hökumət başçısının fikrincə əvvəlki həyata qayıtmaq qismən mümkündür və bəzi məhdudiyyətlər regional əsaslarla ləğv edilə bilər.

Danimarka hökuməti məhz bu səbəbdən yuxarı sinif şagirdlərinin məktəbə getməsini tövsiyə edən yerli ekspertlərlə birgə işləyir. Bundan başqa, Danimarka hökuməti, mağazaların tədricən açılması, idman və mədəni tədbirlərin açıq havada keçirilməsinə icazə verilməsi ilə bağlı planların detallarını da işləyib hazırlayıb.

Xatırladaq ki, dekabrın 25-dən etibarən Danimarkada fəaliyyət göstərən məhdudiyyətlərə məktəblərin, universitetlərin, kafe və restoranların, həmçinin ilk zərurət siyahısına daxil olmayan mağazaların bağlanması daxildir. Həmçinin bu tədbirlərlə əlaqədar vətəndaşların əksəriyyəti distant işə keçirilib, ictimai toplantıların iştirakçılarının sayına limit müəyyən edilib, ictimai yerlərdə və qapalı yerlərdə maskalardan məcburi istifadə qaydası tətbiq olunub. Bu tədbirlərin yerinə yetirilməsi müddəti fevralın 28-də bitəcək.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.