DÜNYA
Danimarka hökuməti ölkədə koronavirusa yoluxan şəxsin olduğunu təsdiqləyib
Stokholm, 28 fevral, Rauf Əliyev, AZƏRTAC
Danimarka hökuməti, ölkədə koronavirusa yoluxan ilk şəxsin olduğunu təsdiqləyib.
AZƏRTAC Danimarka KİV-lərinə istinadən xəbər verir ki, COVID-19 diaqnozu təsdiqlənən İtaliyada tətildən sonra Krallığa qayıdan adı açıqlanmayan kişidir.
Danimarkanın səlahiyyətli orqanları, bu şəxsin təhlükəli virusa müsbət test nəticələrindən sonra onun koronavirusa tutulmayan həyat yoldaşı və oğlu ilə birlikdə öz evində karantində olduqlarını bildirib.
Danimarka Səhiyyə naziri Magnus Hoinike etdiyi şərhdə deyib: “Yeni vəziyyətə çox ciddi yanaşırıq. Ciddi tədbirlərin görülməsinə başlanılıb". Danimarka Səhiyyə Təşkilatı, öz növbəsində, çərşənbə axşamı günü yayılan və ölkənin epidemiya riskini aşağı qiymətləndirən proqnozu dəyişdirməyəcəyini elan edib. Lakin təşkilat bildirib ki, Danimarkada yoluxma sayının artması gözlənilir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm