İDMAN


Danimarka idman gimnastikası üzrə dünya çempionatına ev sahibliyindən imtina edib

Bakı, 7 iyul, AZƏRTAC

Danimarka 2021-ci ilin oktyabrında Kopenhagendə keçirilməsi planlaşdırılan idman gimnastikası üzrə dünya çempionatına ev sahibliyindən imtina edib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Gimnastika Federasiyası (FIG) məlumat yayıb. Qeyd edilib ki, Danimarka Gimnastika Federasiyası bununla bağlı FIG-ə məlumat verib. FIG-in İcraiyyə Komitəsi yaxın vaxtlarda turnirin yeni ev sahibinin müəyyənləşdirilməsi məsələsinə baxacaq.

Gimnastika üzrə bundan əvvəlki dünya çempionatı Almaniyanın Ştutqart şəhərində keçirilib. Analoji yarışın 2022-ci ildə İngiltərədə, 2023-cü ildə isə Belçikada təşkili planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.