Danimarka iyunun 27-dək yetkin əhalinin vaksinasiyasını başa çatdırmaq niyyətindədir
AzerTAg.az
Stokholm, 21 fevral, AZƏRTAC
Danimarka iyunun 27-nə qədər bütün yetkin əhalinin vaksinasiyasını başa çatdırmaq niyyətindədir.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Danimarka hakimiyyəti bütün yetkin vətəndaşların iyunun 27-dək vaksinlənməli olduğunu bildirib.
Yeni tarix bundan əvvəl aparılan hesablamaları bir həftə qabaqlayır.
Bu iddialı plan Danimarka Səhiyyə və Dərman İdarəsinin “Pfizer” və “BioNTech” şirkətləri tərəfindən istehsal edilən koronavirus vaksininin çatdırılması prosesinin sürətləndirilməsi ilə əlaqədar son elanından irəli gəlir.
Qeyd edək ki, Danimarka dəfələrlə Avropa İttifaqında vaksin rekordçusu adlandırılıb. Danimarka COVID-19-a qarşı peyvənd olunan vətəndaşların sayına görə Avropa ölkələri arasında öncül yerdədir.
Rauf Əliyev
AZƏRTAC –ın xüsusi müxbiri
Stokholm

Xəbərin mətnində orfoqrafik səhv var