İDMAN


Danimarka milli futbol komandasının üzvü Kristian Eriksen uğurlu əməliyyatdan sonra xəstəxanadan evə buraxılıb

Stokholm, 20 iyun, Rauf Əliyev, AZƏRTAC

Danimarka milli futbol komandasının üzvü Kristian Eriksen uğurlu əməliyyatdan sonra xəstəxanadan evinə buraxılıb.

AZƏRTAC Danimarka Futbol Assosiasiyasına istinadla xəbər verir ki, milli komandanın oyunçusu Kristian Eriksen ürəyində uğurlu əməliyyatdan sonra xəstəxanadan evə buraxılıb.

Kristian Eriksen iyunun 12-də Danimarka və Finlandiya millilərinin Avro 2020-nin açılış matçının 43-cü dəqiqəsində ürək tutmasından sonra huşunu itirib. Futbolçu xəstəxanaya aparılmadan öncə, elə oyun meydançasında ürək-ağciyər reanimasiyası və defibrilator olunub.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.