DÜNYA


Danimarka polisi islam dini əleyhinə növbəti nümayişə icazə verməyib

Stokholm, 16 aprel, AZƏRTAC

Danimarka polisi qatı islam əleyhdarı olan siyasətçi Rasmus Paludana növbəti nümayiş keçirməyə icazə verməyib.

AZƏRTAC Danimarka KİV-nə istinadla xəbər verir ki, Kopenhagenin ətrafındakı Albertslund bələdiyyəsi ərazisində islam əleyhinə keçirilməsi planlaşdırılan nümayiş qanun keşikçiləri tərəfindən ictimai qadağan edilib. İctimai asayişin pozulacağı arqumentini əsas götürən polis bu rayonda gələcəkdə nümayişlər keçirilməsinə də icazə verməyib.

Polisin bu qərarının səbəbi nümayiş keçiriləcək meydanda əks düşüncəyə malik olan insanların - gənclərin, bir neçə sosialist təşkilatlarının toplaşacağı xəbəridir. Lakin nümayişin ləğv edilməsinə baxmayaraq, Albertslundda iğtişaşlar baş verib və əraziyə cəlb olunan polislər 5 nəfəri həbs ediblər. Burada gənclər avtobus dayanacağını dağıdıb, məişət tullantıları konteynerlərini yandırıb və polislərin üzərinə fişənglə hücum ediblər. Qanun keşikçiləri 20-30 nəfərlik qrupu zərərsizləşdirmək üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Qeyd edək ki, Rasmus Paludan qatı islam əleyhdarı olan “Stram Kurs” partiyasının banisidir. Siyasətçinin məqsədi Krallıqda islam dinini tam qadağan etmək və Danimarkaya immiqrasiya prosesinə son qoymaqdır. Sosial şəbəkələrdəki müraciətlərində o, nümayişləri göstərir və müqəddəs Quranı yandırır.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.