QAN YADDAŞI


Danimarka rəsmilərinin diqqəti Xocalı soyqırımına cəlb edilib

Danimarkada fəaliyyət göstərən "Vətən" cəmiyyəti Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar ölkənin siyasi rəhbərliyinə bəyanatla müraciət edib

Bakı, 26 fevral, AZƏRTAC

Danimarkada fəaliyyət göstərən "Vətən" cəmiyyətinin sədri Səfər Sadiqinin imzası ilə Danimarkanın Baş naziri Mette Frederiksenə, xarici işlər naziri Jeppe Kofoda, Danimarka Parlamentinin sədri Henrik Dam Kristensenə ünvanlanan bəyanatda ölkə rəhbərliyinin diqqəti 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın köməyilə Xocalıda azərbaycanlılara qarşı törətdikləri dəhşətli soyqırımına cəlb edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, sənəddə beynəlxalq hüquq normalarına və konvensiyalara zidd olan bu dəhşətli soyqırımın arxasında Ermənistanın siyasi rəhbərliyinin dayandığı bildirilib.

Cəmiyyət beynəlxalq qanun normalarına və konvensiyalara istinadla dünya birliyini və Danimarka parlamentini Xocalıda baş verən kütləvi qırğını soyqırımı aktı kimi tanımağa çağırıb.

Bundan başqa, "Vətən" cəmiyyətinin üzvləri Kopenhagenin mərkəzi "Radhusplads" meydanında aksiya keçirərək, yerli sakinlərə və turistlərə Xocalı soyqırımı ilə bağlı məlumatların əks olunduğu bukletlər paylayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.