MƏDƏNİYYƏT
Danimarka təmsilçiləri: Səmra Rəhimlinin ifası möhtəşəmdir VİDEO
Stokholm, 13 may, AZƏRTAC
Azərbaycan xalqını salamlayırıq. İfa etdiyimiz mahnı vasitəsilə dünyaya sevgi mesajını çatdırmağa çalışmışıq. Ölkənizin təmsilçisi Səmranın ifası möhtəşəmdir. Biz onu çox bəyənirik. İnanırıq ki, Avropa tamaşaçıları da Səmra Rəhimlinin ifasını bəyənəcək və ona səs verəcək.
Bu sözləri Danimarkanı “Eurovision-2016” mahnı müsabiqəsində təmsil edən “Lighthouse X” qrupunun üzvləri AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
Müsabiqənin final mərhələsinə keçə bilməyən qrupun üzvləri deyib: “Şübhəsiz ki, bu və ya digər müsabiqədə qalib gəlmək üçün insanda özünəinam hissinin rolu böyükdür. Avropa tamaşaçıları bizi səmimi qəbul etdi. Ciddi hazırlaşdığımız üçün ən yaxşı nəticələri gözləyirdik. Təəssüf ki, biz finala keçmədik. Lakin Səmra finaldadır. Tamaşaçıları ona dəstək olmağa dəvət edirik”.
“Çox yaşa” devizi altında çıxış edən “Lighthouse X” qrupu Kolumbiya, Kanada, İspaniya və Belçikada konsert proqramları təqdim edib.