Danimarka yanacaq qiymətlərinin artımı təsir edən enerji şirkətlərinə 13,444 milyard avro maliyyə zəmanəti verməyi planlaşdırır
AzerTAg.az
Stokholm, 10 sentyabr, Rauf Əliyev, AZƏRTAC
Danimarka yanacaq qiymətlərinin artımı təsir edən enerji şirkətlərinə 100 milyard kron (13,444 milyard avro) məbləğində maliyyə zəmanəti verməyi planlaşdırır.
AZƏRTAC Danimarka hökumətinin yaydığı məlumata istinadən xəbər verir ki, təminatlar elektrik enerjisi istehsalı üçün sərf edilən yanacağın yüksək qiymətləri ilə bağlı problemlərlə üzləşən şirkətlər üçün lazımi likvidliyin təmin edilməsinə yönəldiləcək.
Qeyd edək ki, Rusiyanın “Şimal axını 1” qaz kəməri ilə Avropa bazarlarına qaz nəqlini dayandırmasından sonra yaranan problemlər bir sıra ölkələrdə elektrik enerjisinin daxili qiymətlərinə kəskin təsir edib. Məhz bu səbəbdən, daha əvvəl Finlandiya və İsveç öz enerji şirkətlərinə on milyardlarla avro dəyərində likvidlik zəmanəti verməyi planlaşdırdıqlarını açıqlayıb. Bu addım ilə, hökumətlər dərinləşən enerji böhranının öz bazarına zərbəsini yumşaltmaq niyyətindədir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Xəbərin mətnində orfoqrafik səhv var