DÜNYA


Danimarka yeni hərbi gəmilər almaq üçün 5,3 milyard avro sərf edəcək

Stokholm, 19 avqust, AZƏRTAC

Danimarka yeni hərbi gəmilər almaq üçün 5,3 milyard avro sərf edəcək.

AZƏRTAC xəbər verir ki, Danimarkanın müdafiə naziri Morten Bodskov bunu Korsoyer hərbi dəniz bazasında keçirdiyi mətbuat konfransında elan edib.

Danimarka hökuməti bu məqsədlər üçün 40 milyard Danimarka kronu (5,3 milyard avrodan çox) ayrılmasını nəzərdə tutur.

Müdafiə naziri Morten Bodskov bildirib ki, qarşıdakı 20-25 il ərzində həyata keçirilməli sərmayə qoyuluşu çərçivəsində yeni gəmilər alınması gözlənilir. Danimarkanın Müdafiə Nazirliyi ölkənin dəniz sənayesi ilə müvafiq danışıqlar aparmağa başlayıb. Yeni hərbi gəmilərin hazırlanması və inşa edilməsinə yönəlmiş əməkdaşlıq çərçivəsində mütəxəssislər hazırda mövcud olan və perspektivli texnologiyanı öyrənəcəklər.

Qeyd edək ki, Danimarka hökuməti bundan əvvəl müdafiə xərclərinin tədricən artırılmasını və 2033-cü ilədək bu xərclərin Krallığın ümumi daxili məhsulunun 2 faizinə çatdırılmasını öhdəyə götürüb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.