DÜNYA


Danimarkada dini icmalara xaricdən investisiyalar yatırılmasını qadağan etməyi planlaşdırırlar

Stokholm, 12 mart, AZƏRTAC

Danimarkada dini icmalara başqa ölkələrdən investisiyalar yatırılmasını qadağan etməyi planlaşdırırlar.

AZƏRTAC Danimarka KİV-lərinə istinadla xəbər verir ki, ianələrin və digər maliyyə dəstəyi formalarının ölkənin təhlükəsizliyini təmin etmək məqsədi ilə tənzimlənməsi üçün Krallıqda müvafiq qanun layihəsi hazırlanır.

Qanun layihəsini Danimarka Xalq Partiyası 2019-cu ilin əvvəlindən etibarən hökumətlə birlikdə hazırlayır.

Bildirilir ki, qanun Danimarkada demokratik quruluşu və əsas azadlıqları sarsıdan ölkələr kimi qiymətləndirilən ölkələrdən maliyyə dəstəyinə tətbiq ediləcək. Beləliklə, qanun binaların icarəyə verilməsini, müxtəlif ianələri, əməyin ödənilməsini, hədiyyələri, borcları, habelə kredit zəmanətlərini tənzimləyəcək.

Danimarka jurnalistləri bildirirlər ki, yeni qanun Krallıqda dini qruplara maliyyə dəstəyi siyasəti yürüdən, habelə yeni məscidlərin tikintisinə yardım göstərən ölkələrə cavabdır. Məsələn, Türkiyə və Qətər belə ölkələrdəndir və onların adı qanunda qeyd edilib. Buna baxmayaraq, Danimarka qanunvericiliyində ölkələrin qara siyahısının tərtib edilməsi Krallıqda mübahisələrə və müzakirələrə səbəb olub.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.