DÜNYA


Danimarkada qatar qəzası nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb VİDEO

Bakı, 3 yanvar, AZƏRTAC

Danimarkada sərnişin qatarının qəzaya uğraması nəticəsində həlak olanların sayı 8 nəfərə çatıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, qəza nəticəsində, həmçinin 16 nəfər xəsarət alıb.

Dəmiryol qəzası yanvarın 3-də yerli vaxtla saat 8:00-da Böyük Belt boğazından keçən və Fyun və Zelandiya adalarını birləşdirən eyni adlı körpüdə qeydə alınıb. Qarşı tərəfdən gələn yük qatarından qopan brezent parçası səbəbindən sərnişin qatarının maşinisti əyləci sərt şəkildə basıb və bu da qəza ilə nəticələnib.

Ümumilikdə 134 nəfərin, o cümlədən 3 maşinistin olduğu sərnişin qatarı Kopenhagendən Odense şəhərinə doğru hərəkət edirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.