DÜNYA
Danimarkada son sutka ərzində koronavirusa yoluxanların 80 faizi “delta” ştamının daşıyıcısıdır
Stokholm, 16 iyul, Rauf Əliyev, AZƏRTAC
Danimarkada son sutka ərzində koronavirusa yoluxan 1200 nəfərdən təxminən 80 faizi “delta” ştamının daşıyıcısıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Danimarka Dövlət Peyvənd İnstitutu və ölkənin yoluxucu xəstəliklərlə mübarizə agentliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, COVID-19 virusunun bu mutasiyası artıq krallıqda tamamilə dominant vəziyyət alıb. Orijinal “alfa” variantından təxminən iki dəfə daha çox yoluxucu olan “delta” ştamı ölkədə peyvənd edilməmiş və aktiv həyat tərzi yaşayan gənclər arasında yayılmaqdadır. Son həftə koronavirusa yoluxanların 48,2 faizi 20-29 yaş arası gənclər təşkil edib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]