DÜNYA
Danimarkada üç iranlı həbs edilib
Tehran, 8 noyabr, AZƏRTAC
Danimarkada İranın Əhvaz şəhərində baş verən terror aksiyasına dəstək ifadə etdiyinə görə müxalifət mövqeyində olan 3 nəfər iranlı həbs edilib.
AZƏRTAC xəbər verir ki, İran rejiminə qarşı olan bu insanlar müxtəlif ictimai yerlərdə və toplantılarda Əhvazdakı terror aksiyasını dəstəklədiklərini ifadə ediblər.
Danimarka qanunlarına görə terrora dəstək ifadə edənlər cinayət məsuliyyətinə cəlb olunurlar. Polisin məlumatına görə, bu şəxslər məhkəmənin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.
Xatırladaq ki, cari ilin sentyabrın 22-də Əhvazda keçirilən hərbi parad zamanı terrorçular tədbir iştirakçılarını atəşə tutublar. Nəticədə 25 nəfər həlak olub. Həlak olanların arasında uşaq və qadınlar da olub.
İran mətbuatı yazır ki, Danimarkada həbs olunanlar “Əl-Əhvazi” terror qruplaşmasının üzvləridir və Əhvazdakı terror aksiyasını da məhz bu qruplaşma həyata keçirib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]