RƏSMİ XRONİKA


Danimarkadakı “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqidən

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Danimarkada yaşayan azərbaycanlılar adından səmimi qəlbdən təbrik edirəm.

Dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq, vətənimiz Azərbaycanın Sizin rəhbərliyinizlə qazandığı möhtəşəm uğurlara ürəkdən sevinirik. Sizin uğurlu və məqsədyönlü siyasətiniz sayəsində xalqımızın rifahı yüksəlmiş, vətənimiz tərəqqi etmiş, beynəlxalq aləmdə nüfuzu artmışdır. Biz Sizin siyasətinizi dəstəkləyir, Azərbaycanın haqq işinin dünyada tanıdılması istiqamətində bundan sonra da səylə çalışacağımızı ali diqqətinizə çatdırırıq.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, şərəfli və məsul işinizdə uğurlar diləyir, doğma Azərbaycanımızın daha da çiçəklənməsini arzu edirik.

Hörmətlə,

Səfər Sadiqi

Danimarkadakı “Vətən” Cəmiyyətinin sədri

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin