SİYASƏT


Danimarkadakı azərbaycanlılar Fransa parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qərarına etirazlarını bildirmişlər

Bakı, 24 dekabr (AZƏRTAC). Danimarkada fəaliyyət göstərən Danimarka-Azərbaycan “Vətən” Cəmiyyəti Fransa parlamentinin qondarma “erməni soyqırımı” iddialarının inkar edilməsinə görə cinayət məsuliyyəti tətbiqini nəzərdə tutan qanun qəbul etməsini qətiyyətlə pisləyir, bunun Fransa-Türkiyə münasibətləri ilə yanaşı, Fransa-Azərbaycan əlaqələrinə də mənfi təsir göstərə biləcəyini bəyan etmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bu barədə “Vətən” Cəmiyyətinin Fransa parlamentinə, Fransa prezidentinə və BMT-yə ünvanladığı müraciətdə qeyd olunmuşdur.

Müraciətdə Fransa siyasətçilərinin 1915-ci il hadisələrinin siyasi məqsədlərlə istifadə edildiyi qeyd olunaraq tarixdə baş vermiş hadisələrin tarixçilər tərəfindən araşdırılmasının vacibliyi vurğulanmışdır. “Türkiyə dövləti hər zaman tarixi arxivləri açmağa, elm adamlarını bu məsələyə cəlb etməyə, tarixi gerçəklikləri ortaya çıxarmağa hazır olduğu halda, Ermənistan bu çağırışlara reaksiya verməmişdir. Belə olan şəraitdə Fransanın Türkiyəni ittiham etmək cəhdləri heç cür doğru deyil və məntiqə sığmır”, - deyə müraciətdə qeyd olunmuşdur.

Müraciətdə Fransa parlamentinin qəbul etdiyi qərarın insan haqları və azadlıqlarını pozduğu bildirilərək bunun həm də Fransa vətəndaşlarına qarşı hörmətsizlik olduğu vurğulanmışdır. “Necə ola bilər ki, “erməni soyqırımı”nın həqiqətən də baş verib-vermədiyi təsdiqini tapmadan, onu inkar edənləri cinayət məsuliyyəti gözləsin? Bu söz və ifadə azadlığının kobud surətdə pozulmasıdır və Fransa kimi bir dövlətdə belə bir rəzalətin baş verməsi dərin təəssüf doğurur. Əgər Fransa belə ədalət tərəfdarıdırsa, onda yaxın keçmişimizdə ermənilər tərəfindən Xocalıda törədilmiş soyqırımını gündəliyə gətirsinlər. Bu həm də Fransanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi vəzifəsidir”, - deyə müraciətdə vurğulanmışdır.

Müraciətin sonunda Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin Fransa parlamentinin “erməni soyqırımı” ilə bağlı qərarını pislədiyini və azərbaycanlıların bu ədalətsizliyə seyrçi mövqeyi ilə tamaşa etməyəcəklərini vurğulanmışdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.