MƏDƏNİYYƏT


Danimarkadakı diasporumuz Novruz bayramını qeyd edib

Kopenhagen, 21 mart, Rauf Əliyev AZƏRTAC.

Danimarka “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə bu ölkənin paytaxtı Kopenhagendə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Danimarka və İsveçdə yaşayan Azərbaycan, türk, türkmən və digər xalqların diaspor fəalları, habelə yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

“Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi Novruz bayramının əhəmiyyətindən danışaraq, onun xalqımızın zəngin tarixi adət-ənənələrini və həyat fəlsəfəsini əks etdirdiyini bildirib. Vurğulayıb ki, Azərbaycan xalqı əsrlər boyudur Novruzu sevinclə bayram edir. Danimarkada da bu bayram hər il böyük təntənə ilə qeyd olunur. Səfər Sadiqi deyib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd Danimarka ictimaiyyətinə ölkəmizin mədəniyyətini, milli adətlərini, musiqisini və mətbəxini nümayiş etdirmək, habelə krallıqda yaşayan azərbaycanlıları bir araya gətirməkdir.

Bayram tədbiri musiqi proqram ilə davam edib. Danimarkada fəaliyyət göstərən “Cırtdan” uşaq yaradıcılığı qrupu Azərbaycan milli rəqslərini ifa ediblər. Mərasim iştirakçılarına təqdim olunan Azərbaycan xalq musiqiləri böyük maraqla qarşılanıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Kopenhagen

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.