MƏDƏNİYYƏT


Danimarkalı rejissora Parkinson xəstəliyi diaqnozu qoyulub

Bakı, 9 avqust, AZƏRTAC

Danimarkalı rejissor, "Oskar"a namizəd və "Qızıl Palma" mükafatı laureatı Lars fon Trierə Parkinson xəstəliyi diaqnozu qoyulub.

AZƏRTAC “Deadline” nəşrinə istinadla xəbər verir ki, bu barədə rejissorun filmlərini istehsal edən Danimarka kino şirkəti “Zentropa” məlumat yayıb.

Bildiriblər ki, Trierin əhval-ruhiyyəsi yaxşıdır və xəstəliyin inkişaf etməməsi üçün müalicə alır. Qeyd olunub ki, rejissor avqustun sonlarında Venesiyada premyerası olacaq “The Kingdom Exodus” teleserialının son hissəsi üzərində işləməyə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.