MƏDƏNİYYƏT


“Danışır Şuşa!” radioproqramı altı aydır ki, efirə çıxır

Bakı, 2 avqust, AZƏRTAC

Prezident İlham Əliyev Qarabağın tacı olan Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ili “Şuşa İli” elan edib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar tədbirlər çərçivəsində həyata keçirilən layihələrdən biri də Mədəniyyət Nazirliyi, nazirlik yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti, “AzerNyuMedia” şirkəti və “Avto FM”-in birgə gerçəkləşdirdiyi “Danışır Şuşa!” radioproqramıdır. Proqram hər həftənin cümə günü “107.7 FM” dalğasında yayımlanır.

Bu ilin fevral ayından efirə gedən proqram “Unutma”, “Qafqaz mirvarisi”, “Şuşa kimi tarix”, “Şuşa tərzi” və “Zəfər yolu” adlı beş rubrikadan ibarətdir. Proqramda Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixindən, adət-ənənələrindən, bu şəhərdə dünyaya göz açmış və onunla əbədi bağlılığı olan şəxsiyyətlərin həyat yolundan bəhs edilir.

"AZMAN HOLDİNQ" möhtəşəm Zəfər nəticəsində işğaldan azad edilmiş qədim və tarixi şəhər – Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə bağlı layihəyə dəstək verməkdən məmnundur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.