İDMAN


Daria Atamanova: Mili Gimnastika Arenasında idmançılar üçün hər cür şərait yaradılıb

Bakı, 20 aprel, AZƏRTAC

Çıxışımdan elə də razı qalmadım. İp və top ilə hərəkətlərdə daha yaxşı çıxış etdiyimi düşünürəm.

Bu sözləri Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turnirində çıxış edən İsrail gimnastı Daria Atamanova AZƏRTAC-a müsahibəsində deyib.

D.Atamanova daha əvvəl də Azərbaycana gəldiyini, yenidən ölkəmizdə olmaqdan məmnunluğunu bildirərək deyib: “Burada təlim-məşq toplanışında olmuşam. Bakı çox xoşuma gəlir. Milli Gimnastika Arenası çox möhtəşəm və gözəldir. Burada gimnastlar üçün hər cür şərait yaradılıb. Yarışın təşkilatçılığı isə yüksək səviyyədədir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.