REGİONLAR


Darıdağ Arsenli Su Müalicəxanası ətrafındakı ərazidə toxumla əkin işləri aparılıb

Culfa, 27 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında müalicə turizminin inkişaf etdirilməsi üçün Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin yaradılması sahəsində müvafiq tədbirlər davam etdirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yeni yaradılacaq müalicə-istirahət kompleksinin ətrafında sağlamlığın, estetik gözəlliyin təmin edilməsi və əlverişli ekoloji mühitin yaradılması üçün yaşıllaşdırma tədbirlərinə də xüsusi önəm verilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Culfa Rayon İcra Hakimiyyəti ilə birgə hazırladığı tədbirlər planına uyğun olaraq Darıdağ Arsenli Su Müalicəxanası ətrafındakı 7 hektar ərazidə toxumla əkin işləri aparılıb. Həmin əraziyə xas olan 50 kiloqram badamça, həmərsin, yemişan toxumları əkilib.

Əkin işlərində nazirliyin xüsusi mühafizə statuslu idarələrinin əməkdaşları və rayon ictimaiyyətinin könüllüləri iştirak ediblər. Kompleks ətrafındakı ərazilərdə iqlim və relyef xüsusiyyətləri nəzərə alınaraq toxumla əkin işləri müntəzəm şəkildə aparılacaq.

Qeyd edək ki, hələ qədim zamanlardan bir çox xəstəliklərin müalicəsində faydalı hesab edilən Darıdağ arsenli suyundan səmərəli istifadə olunması məqsədilə 1978-ci ildə burada Darıdağ Arsenli Su Müalicəxanası tikilib, 2005-ci ildə müasir tələblərə uyğun yenidən qurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.