DÜNYA
Dariqa Nazarbayeva: vəzifəmiz Qazaxıstanda prezident seçkilərinin qanuniliyini və şəffaflığını təmin etməkdir
Nur-Sultan, 11 aprel, AZƏRTAC
Vəzifəmiz Qazaxıstanda prezident seçkilərinin qanuniliyini və şəffaflığını təmin etməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstan Senatının plenar iclasında spiker Dariqa Nazarbayeva ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinə münasibət bildirərək deyib. Sədr qeyd edib ki, qarşıdakı seçkilər ölkənin quruculuğuna və tərəqqisinə yeni təkan verəcək, gələcəyinə böyük təsir göstərəcəkdir.
Qeyd edək ki, ölkə başçısı Kasım-Jomart Tokayev iyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]