İQTİSADİYYAT
“Darvin bankası” yatağındakı 600 nömrəli özül əsaslı təmir edilib
Bakı, 30 noyabr, AZƏRTAC
“Darvin bankası” yatağındakı 600 nömrəli özül əsaslı təmir olunub.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin “Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Təhlükəsiz əmək şəraitinin, eləcə də texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Abşeronneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) istismar etdiyi 600 nömrəli stasionar dəniz özülü əsaslı təmir olunaraq istismara verilib.
Təmir işləri “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında həyata keçirilib. Özülün 1778 kvadratmetrlik hissəsi əsaslı təmir edilib, 40 ədəd möhkəmləndirici svay vurulub, 11 ədəd metal lövhə, 86 ədəd suüstü əlaqə xətti quraşdırılıb, 6 ədəd minik yanalma meydançası hazırlanıb.
Meydançada aparılmış təmir işlərindən sonra dövlət qəbul komissiyası tərəfindən obyektlərin tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb, istismara qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]