SİYASƏT


Darxan Kıdırali: Azərbaycan Türk Akademiyasının fəaliyyətinə hər zaman dəstək verir

Bakı, 14 oktyabr, AZƏRTAC 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası çərçivəsində nazir Elmar Məmmədyarov Türk Akademiyasının Prezidenti Darxan Kıdırali ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türk Akademiyasının Prezidenti Darxan Kıdırali ilk olaraq səmimi salamlarını çatdırıb və Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşünün yüksək səviyyədə keçiriləcəyinə inandığını vurğulayıb.

Darxan Kıdırali Azərbaycanın hər zaman Akademiyanın fəaliyyətinə dəstək verdiyini qeyd edib. Bu xüsusda, Akademiya tərəfindən həyata keçirilmiş bir sıra layihələri vurğulayıb. Onların sırasında UNESKO-da təşkil edilmiş konfranslar, həmçinin dərc edilmiş müxtəlif kitablar, o cümlədən ümummilli lider Heydər Əliyevə həsr edilmiş nəşrlərdən danışıb.

Akademiya tərəfindən Naxçıvan Sazişinin 10 illik ildönümü ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü, Nəsiminin 650 illik yubileyi, habelə Xocalı soyqırımı ilə bağlı və digər tədbirlərin təşkil edildiyi qeyd olunub və gələcəkdə həyata keçirilməsi planlaşdırılan digər layihələr haqqında məlumat verilib.

Darxan Kıdırali Akademiya tərəfindən çap edilmiş kitabları Xarici İşlər naziri Elmar Məmmədyarova təqdim edib.

Xarici İşlər naziri Elmar Məmmədyarov, öz növbəsində, Akademiya ilə mövcud olan faydalı əməkdaşlığı yüksək qiymətləndirib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.