DÜNYA


Daşınan mobil ev

Bakı, 7 avqust, AZƏRTAC

ABŞ-da keçirilən sərgilərdən birində memar Renzo Reanonun layihəsi ilə tikilmiş mobil ev xüsusilə diqqəti cəlb edib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, qeyri-adi evin sahəsi 13,4 kvadratmetr olmaqla 26,9 metrədək artırıla bilər.

Yaşayış sahəsinin mərkəzi hissəsində hamam, mətbəx və yataq otağı yerləşir. Ölçülərinə baxmayaraq, mobil evi nəqliyyat vasitələri ilə istənilən yerə daşımaq mümkündür.

Mobil evin tikintisində istifadə edilən materiallar davamlılıq, möhkəmlik və əla keyfiyyəti ilə seçilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.