İQTİSADİYYAT


Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində bildiriş sayı 30 mini keçib

Bakı, 9 yanvar, AZƏRTAC

Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində bildiriş sayı 30 mini keçib.

AZƏRTAC Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadla xəbər verir ki, daşınar əmlakın yüklülüyünün dövlət reyestri əmlak üzərində girov və digər yüklülük haqqında məlumatları əks etdirən onlayn məlumat bazasıdır. Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edə bilər. Daşınar əşyalara hər cür avadanlıqları, kənd təsərrüfatı texnikalarını, heyvanları, biznesdə istifadə olunan əşyaları aid etmək olar. Reyestrin əsas fəaliyyət prinsipləri dövlət qeydiyyatında olmayan əmlakların yüklülüyünün bazasının yaradılması, borcverən tərəflərin bu məlumatlara sərbəst çıxışının təmini, yüklü əmlakın təkrar istifadəsi, məhdudlaşdırılması, yüklü əmlakın məhkəmədənkənar realizasiyası və bununla da təminat çeşidinin artırılmasıdır.

Qeyd edək ki, Daşınar əmlakın yüklülüyünün dövlət reyestri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin 2.3.2-ci tədbirinə uyğun olaraq yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli Fərmanı ilə Qanunda nəzərdə tutulmuş reyestrin aparılması Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılıb, bu məqsədlə palata tərəfindən müvafiq reyestr yaradılaraq 2018-ci il martın 15-də istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.