İQTİSADİYYAT


Daşınar əmlakın yüklülüyünün dövlət reyestri təqdim olunub

Bakı, 15 mart, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılmış daşınar əmlakın yüklülüyünün dövlət reyestrini təqdim edib.

AZƏRTAC xəbər verir ki, palatanın baş icraçı direktoru İbrahim Alışov reyestrin ölkədə yeni kreditləşmə fazasına keçidi şərtləndirən amil olduğunu deyib. Bildirib ki, reyestrin əsas fəaliyyət prinsipləri dövlət qeydiyyatında olmayan əmlakların yüklülüyünün bazasının yaradılması, borcverən tərəflərin bu məlumatlara sərbəst çıxışının təmini, yüklü əmlakın təkrar istifadəsi, məhdudlaşdırılması, yüklü əmlakın məhkəmədənkənar realizasiyası və bununla da təminat çeşidinin artırılmasıdır.

Reyestrin effektiv fəaliyyəti daşınmaz əmlak təminatı olmayan hüquqi və fiziki şəxslərin daşınar əmlaklarını reyestrdə yüklü etməklə kredit təşkilatlarından vəsaitlər cəlb etməsini stimullaşdıracaq ki, bu da nəticədə maliyyə əlçatanlığının artımını şərtləndirəcək.

İ.Alışov daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin formalaşdırılmasının maliyyə vasitəçiliyinin dərinləşməsində əhəmiyyətli rola malik olacağını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.