İQTİSADİYYAT


Daşınar əmlaklar üzrə təqdim edilən xidmətlərə görə ƏDV-nin tutulması

Bakı, 3 iyun, AZƏRTAC

Daşınar əmlak üzrə təqdim edilən xidmətlərə və işlərə görə ƏDV-nin hesablanması və ödənilməsi bəzən vergiödəyiciləri arasında müəyyən suallar doğurur.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, məsələni şərh edən auditor Altay Cəfərov ƏDV məqsədləri üçün işlərin və xidmətlərin göstərildiyi yerin Vergi Məcəlləsinin 168-ci maddəsi ilə tənzimləndiyini söyləyib.

A.Cəfərov qeyd edib ki, həmin maddəyə əsasən daşınar əmlakın vergiödəyicisinin balansında olmasına baxmayaraq, ƏDV məqsədləri üçün həmin əmlakın faktiki yerləşdiyi yer əsas sayılır. Yəni daşınar əmlakla bağlı xidmətlər müxtəlif yerlərdə, müxtəlif ölkələrdə təqdim oluna bilər ki, bu zaman vergitutma da müxtəlif olur: “Tutaq ki, "AA" MMC-nin balansındakı nəqliyyat vasitəsi Qəbələ rayonu ərazisində xarab olub və bununla əlaqədar regionda qeydiyyatda olan "VV" MMC 1000 manat (əsas məbləğ) +180 manat (ƏDV) olmaqla cəmi 1180 manat təmir xidməti göstərib. Bundan əlavə, analoji olaraq digər bir nəqliyyat vasitəsinin eyni formada Türkiyə ərazisində təmirə ehtiyac olub və ona qeyri-rezident "SS" LTD 2000 dollarlıq təmir xidməti göstərib”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.