REGİONLAR


Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən “əmlak kalkulyatoru” istifadəyə verilib

Naxçıvan, 13 avqust, AZƏRTAC

Muxtar respublikada qeydiyyatla bağlı daha keyfiyyətli xidmətlərin göstərilməsi və vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən “əmlak kalkulyatoru” istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, vətəndaşlara və hüquqi şəxslərə daşınmaz əmlakla bağlı əməliyyatların aparılması zamanı tələb olunan dövlət rüsumu və xidmət haqqını əvvəlcədən onlayn qaydada hesablamaq imkanı yaradılıb.

“Əmlak kalkulyatoru” komitənin internet saytı (www.emlak.nakhchivan.az) vasitəsilə istifadəçilərə təqdim olunur. Müvafiq məlumatların daxil edilməsi ilə daşınmaz əmlak obyektlərinin qeydiyyatı və çıxarışın alınması, texniki sənədlərin hazırlanması, dövlət reyestrindən arayışların verilməsi, əmlakın qabaqcadan qeydiyyatı, yüklülükdən azadetmə, məhv olmuş daşınmaz əmlakın və onun üzərində hüquqların dövlət qeydiyyatının ləğvi, daşınmaz əmlakın sxematik bölgüsünün aparılması və digər xidmətlərə görə tələb olunan ödənişlər elektron qaydada hesablanır və yekun rəqəm təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.