İQTİSADİYYAT


Daşınmaz əmlakın qeydiyyatına dair yeni elektron xidmətlərin ictimai təqdimatı keçiriləcək

Bakı, 26 sentyabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) sentyabrın 27-də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında vətəndaşların, eləcə də ölkədə bütün mənzil sahiblərinin gözlədiyi daha 2 yeni elektron xidmətin istifadəyə verilməsi ilə bağlı “Daşınmaz əmlakın qeydiyyatında yeni elektron xidmətlər: vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş addımlar” mövzusunda ictimai təqdimat keçirəcək.

Komitədən AZƏRTAC-a bildirilib ki, bu yeni elektron xidmətlər “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” və “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi”dir.

Tədbirin keçirilməsində başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı sahəsində istifadəyə verilən yeni xidmətlərin vətəndaşlara verdiyi fayda, istifadə qaydaları və müsbət nəticələri barədə ictimaiyyəti məlumatlandırmaqdır. Tədbir çərçivəsində daşınmaz əmlakların sənədləşdirilməsi istiqamətində vətəndaş məmnunluğunun daha da artırılması, habelə rahatlıq və çevikliyi təmin edən komitənin həyata keçirdiyi innovativ işlər, sosial layihələr, elektron xidmətlər barədə məlumatlar veriləcək. Eyni zamanda, “Elektron hökumət” portalına inteqrasiya edilən həmin xidmətlər barədə təqdimat keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.