DÜNYA
Daşkənd forumunda regional nəqliyyat dəhlizlərinin şaxələndirilməsi məsələsi müzakirə edilib
Daşkənd, 31 oktyabr, АZƏRTAC
Daşkənddə birinci Mərkəzi Asiya Ekspert Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın strateji tədqiqatlar qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun direktoru Vladimir Norov çıxış edərək regional əməkdaşlığın əsas inkişaf istiqamətləri haqqında məlumat verib. O, həmçinin regionda nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, tranzit potensialının gücləndirilməsi, Əfqanıstanda sülhün və sabitliyin bərpası, Mərkəzi Asiyada ekstremizm və terrorizmlə birgə mübarizə, Böyük İpək Yolu ölkələrində turizm marşrutlarının yaradılması və inkişafından danışıb.
Forumda Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi İlyas Məmmədov da iştirak edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]