SİYASƏT


Daşkənddə “18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü” adlı tədbir keçirilib

Daşkənd, 20 oktyabr, АZƏRTAC

Daşkənddə Özbəkistan Nazirlər Kabinetinin nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsində “18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (AMMM) təşkilatçılığı ilə reallaşan tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi İlyas Məmmədov, diasporumuzun fəal üzvləri, digər diaspor təşkilatlarının rəhbərləri, jurnalistlər iştirak ediblər.

AMMM-nin sədri Firdovsi Hüseynov əvvəlcə Azərbaycanın Xalq Cümhuriyyətinin yaranma tarixi ə fəaliyyəti haqqında məlumat verib. Vurğulanıb ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanda dövlət müstəqilliyi elan edilib və ölkə dünya birliyinin tamhüquqlu üzvünə çevrilib.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, komitənin şöbə müdiri Nematjon Pavlanov bildiriblər ki, cəmi 23 ay yaşayan, Şərqin ilk demokratik parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində mühüm addımlar atıb, dövlət atributlarını yaradıb, qonşu dövlətlərlə və Avropa ölkələri ilə diplomatik əlaqələr qurub.

Sonra Cümhuriyyətlə bağlı sənədli film nümayiş etdirilib. Tədbir geniş konsert proqramı ilə başa çatıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.