MƏDƏNİYYƏT


Daşkənddə Azərbaycan-Özbəkistan dostluğuna həsr edilən “Kolorit” adlı sərgi açılıb

Daşkənd, 6 dekabr, AZƏRTAC

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Özbəkistan Rəssamlıq Akademiyası və paytaxtdakı Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutu Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan “Kolorit” adlı sərgi keçirib.

AZƏRTAC xəbər verir ki, sərgidə universitetin professor-müəllim heyəti, tələbələr, diasporumuzun üzvləri iştirak edib.

AMM-nin direktor müavini Polad Zeynalov Azərbaycanla ilə Özbəkistan arasında tarixi dostluq əlaqələri barədə məlumat verib, belə sərgilərin tez-tez keçirilməsi zəruriliyindən danışıb.

O bildirib ki, sərgidə Özbəkistanın Xalq Rəssamı, professor Cavlon Umarbekovun emalatxanasında təhsil alan tələbələr Xumoyun Nurboboyev, Xudoyar Atamurodov, soydaşımız Məhəmməd Əhmədov, Niqina Mirzajanova, Abduraşid Raximberdiev, həmçinin institutun müəllimi Umida Xamraeva və Yaponiyadan olan müəllim Reyko Konaqavanın əl işləri nümayiş etdirilir.

Cavlon Umarbekov deyib: “Sərgidə istedadlı tələbələrimin müxtəlif mövzularda çəkdikləri tabloların yer alması məni sevindirir. Tələbələrin əl işləri arasında Azərbaycana həsr edilmiş mövzusu da var”.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, müəllim Azad Yusupov və başqaları tələbələrin ən müxtəlif mövzulara müraciət etdiklərini bildirib, onlara uğurlar arzulayıblar.

Sonra tələbələrə diplomlar təqdim edilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.